Qısaca haqqımda

Image
Image

2024-cü il iyunun 23-də “Ford Mustang” adlı rəsm əsəri ilə Narjih Qalereyasında gənc rəssamların sərgisində iştirak etmişəm.

2024-cü ildə Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş beynəlxalq rəsm müsabiqəsində “Sərbəst Mövzu” kateqoriyasında üçüncü yerə layiq görülmüşəm.

2024-cü il sentyabrın 25-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində keçirilən “Təbiətin Səsi” sərgisində “Nuhun Gəmisi” əsəri ilə iştirak etmişəm.

2024-cü il oktyabrın 12-də Artopia təşkilatının təşəbbüsü ilə Rusiya Evində keçirilən əl işləri üzrə xeyriyyə sərgisinə töhfə vermişəm.

2024-cü il noyabrın 14-də ADA Universitetinin “Art & Creativity Club” tərəfindən təbiət, ekologiya və COP29 mövzusuna həsr olunmuş sərgidə “Payız” adlı rəsmlə iştirak etmişəm.

2024-cü il noyabrın 28-də Xətai Sənət Mərkəzində keçirilmiş “Sehrli Əllər” müsabiqəsinin yekun sərgisində “Sehrli Torpaq” adlı əsəri təqdim etmişəm.

2025-ci il yanvarın 23-də “Oxu Ruhudur” adlı respublika rəsm müsabiqəsinin yekun sərgisində “Ulduz Rəqsi” adlı əsərlə iştirak etmişəm.

1992-ci il aprelin 14-də Qusarda anadan olmuşam, Bakıda böyümüşəm.

2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam.

2014-cü ildə Bakı İncəsənət Məktəbini bitirmişəm.

2014-cü ildə "I Love Art" adlı Gənclər sərgisində iştirak etmişəm.

YARAT tərəfindən təşkil olunan Artim Lab layihəsində "Payız" adlı əsərlə iştirak etmişəm.

2017-ci il aprelin 14-də "Mood" adlı şəxsi sərgimi keçirmişəm.

2018-ci il yanvarın 25-də Art Council Azerbaijan tərəfindən təşkil olunan Start sərgisində "Yağışdan Sonra Aquarel" adlı rəsmimlə iştirak etmişəm.

2018-ci il yanvarın 25-də Art Consul Azerbaijan tərəfindən təşkil olunan sərgidə "Yağışın Aquareli" əsəri ilə çıxış etmişəm.

2022-ci il martın 7-də AZTV-nin "Təzəsəhər" proqramında əsərlərimi tamaşaçılara təqdim etmişəm.

2022-ci il dekabrın 26-da Bakıdakı Gənc Tamaşaçılar Teatrında şəxsi sərgim baş tutub.

Image
Image